Azərbaycan Tailanddan avtomobil şinlərinin alışını 6 dəfə artırıb
- 01 may, 2025
- 17:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 15 milyon ABŞ dolları dəyərində 290 462 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 27 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 8,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 9 % az) 187 628 min ədəd (+12 %), Rusiyadan 1,85 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 23 574 ədəd (+63 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (-16 %) 19 994 ədəd (-24 %), Tailanddan 843 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 21 317 ədəd (+6 dəfə), Cənubi Koreyadan 449 min ABŞ dolları dəyərində (+74 %) 8 299 ədəd (+37 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 2 milyon ədəd avtomobil şinlərinin 69 %-i Çinin payına düşüb.