Azərbaycan şirkəti Rusiyada istixana kompleksi və ət emalı zavodu tikəcək

Biznes
  • 20 dekabr, 2023
  • 13:09
Azərbaycan şirkəti Rusiyada istixana kompleksi və ət emalı zavodu tikəcək

Azərbaycanın “Asera Qrup” şirkəti Rusiyanın Tatarıstan bölgəsinin Kukmor rayonunda istixana kompleksi və ət emalı zavodu tikəcək.

“Report” bu barədə xarici mətbutaa istinadən xəbər verir.

Məlumata görə, şirkət layihələrin icrasına ilkin mərhələdə müvafiq olaraq 75 milyon ABŞ dolları və 80 milyon ABŞ dolları vəsait yönəldəcək.

Birinci layihə ilə rayon ərazisində 30 hektar sahədə yüksək texnologiyalı modernləşdirilmiş istixana kompleksi yaradılacaq. Ət emalı zavodunun isə innovativ əsasla hazırlanması, eləcədə istehsalın tamamilə tullantısız olması planlaşdırılır. Burada digər məhsullarla yanaşı halal standartlara uyğun məhsulların istehsalı da nəzərdə tutulur.

44 filmi