Azərbaycan Sinqapurdan smartfon alışını bərpa edib
- 15 yanvar, 2025
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində 1 milyon 166 min 285 ədəd smartfon idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 243,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 30 % çoxdur) 917 995 ədəd (+29 %), Vyetnamdan 62,3 milyon ABŞ dolları dəyərində (+8 %) 178 595 ədəd (-21 %), Hindistandan 16 milyon ABŞ dolları dəyərində (-21 %) 65 146 ədəd (-1 %), Amerika Birləşmiş Ştatlarından 3,6 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 3 210 ədəd (+5 dəfə), Yaponiyadan 339,2 min ABŞ dolları dəyərində (+9 dəfə) 321 ədəd (+7 dəfə) cihaz alıb.
Azərbaycan 4 il 8 aylıq fasilənin ardından Sinqapurdan (65,9 min ABŞ dolları dəyərində 59 ədəd) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 1,3 milyon ədəd smartfonun 72,8 %-i Çinin payına düşüb.