Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir

Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov ilə görüşüb
Biznes
2 Aprel , 2024 14:07
Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir

Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparıb.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

M.Cabbarov qeyd edib ki, Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun ölkəyə səfəri çərçivəsində keçirilən görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib: “Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”.

Son xəbərlər

Orphus sistemi