Azərbaycan Rusiyadan polad prokatı alışını kəskin artırıb

Biznes
  • 04 avqust, 2023
  • 09:03
Azərbaycan Rusiyadan polad prokatı alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 110,96 milyon ABŞ dolları dəyərində 148 min 439 ton polad prokatı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 86 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 70,26 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 111 min 345 ton (+3,6 dəfə), Çindən 21,62 milyon ABŞ dolları dəyərində (-32,3 %) 19 min 425 ton (-22 %), Türkiyədən 8 milyon ABŞ dolları dəyərində (-7 %) 6 min 514 ton (+9,3 %), Qazaxıstandan 6,251 milyon ABŞ dolları dəyərində (-25 %) 6 min 496 ton (-5 %), İrandan 3,225 milyon ABŞ dolları dəyərində (+16,5 dəfə) 3 min 780 ton (+21 dəfə) məhsul alıb.

2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilən 307 min 384 ton polad prokatının 58 %-i Rusiyanın payına düşüb.

44 filmi