Azərbaycan Rusiyadan palma yağı idxalını 420 dəfə artırıb
- 05 iyun, 2024
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 11 min 880 ton palma yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 12,4 milyon ABŞ dolları dəyərində 10 min 914 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 84,6 % az) 899 ton (-85 %), Rusiyadan 59 min ABŞ dolları dəyərində (+347 dəfə) 42,6 ton (+420 dəfə) və Türkiyədən 31,9 min ABŞ dolları dəyərində 23,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2023-cü ildə Azərbaycana 4 ölkədən idxal edilmiş 45,8 min ton palma yağının 77,5 %-i İndoneziyanın payına düşüb.