Azərbaycan Rusiya ilə Şimal-Cənub dəhlizinin imkanlarının artırılmasını müzakirə edib

Azərbaycan Rusiya ilə Şimal-Cənub dəhlizinin imkanlarının artırılmasını müzakirə edib Azərbaycan və Rusiyanın gömrük xidmətləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının artırılması ilə bağlı fikir mübadiləsi aparıb.
Biznes
18 Noyabr , 2022 13:16
Azərbaycan Rusiya ilə Şimal-Cənub dəhlizinin imkanlarının artırılmasını müzakirə edib

Azərbaycan və Rusiyanın gömrük xidmətləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının artırılması ilə bağlı fikir mübadiləsi aparıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ölkəmizdə səfərdə olan Rusiyanın Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında dövlət sərhədlərindən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması üçün əlverişli şəraitin yaradılması sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri, sərhəddə yaranan sıxlığın hökumətlərarası görüşlərin nəticəsi əsasında aradan qaldırılmasının diqqətdə saxlanılması və bu istiqamətdə gömrük orqanlarının fəaliyyət sahəsinə aid məsələlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə bu kimi halların yaşanmaması üçün işçi mexanizminin gücləndirilməsi qərara alınıb. Azərbaycan və Rusiya gömrük xidmətləri arasında uzunmüddətli işgüzar əlaqələrin qurulduğu, mütəmadi ikitərəfli görüşlərin, təcrübə mübadiləsinin qarşılıqlı münasibətlərin gücləndirilməsinə təkan verdiyi bildirilib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından bəhs olunub, ötən illə müqayisədə ticarət dövriyyəsinin artmasında gömrük orqanlarının birgə səmərəli fəaliyyətinin əhəmiyyətli rol oynadığı vurğulanıb. Ötən gün imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitlərinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in ticarətdə təhlükəsizliklə yanaşı, əməkdaşlığın gücləndirilməsinə də töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə sərhədkeçmə proseslərinin daha asan və sürəti şəkildə həyata keçirilməsi, Şimal-Cənub dəhlizinin imkanlarının artırılması, məlumat-təcrübə mübadiləsinin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi