Azərbaycan-Rusiya dərman şirkətinin kapitalı 21 dəfə artırılıb

Biznes
  • 24 fevral, 2023
  • 11:40
Azərbaycan-Rusiya dərman şirkətinin kapitalı 21 dəfə artırılıb

Azərbaycan və Rusiyanın birgə təsis etdiyi “Həyat Farm” MMC nizamnamə kapitalını 14,11 milyon manat (21 dəfə) artıraraq 14,816 milyon manata çatdırıldığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, “Həyat Farm” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Natalya Badaninadır.

Şirkət Azərbaycanın “Vita-A” və Rusiyanın “R-Farm” şirkətləri tərəfindən təsis edilib.

44 filmi