Azərbaycan Rumıniyadan yük avtomobillərinin alışını bərpa edib
- 01 may, 2023
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 871 ədəd yük avtomobili gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 % azdır, kəmiyyət olaraq – 30,4 % çoxdur.
Hesabat dövründə Almaniyadan 5,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12,1 % çoxdur) 626 ədəd (+47,3 %), İtaliyadan 2,1 milyon ABŞ dolları dəyərində (+4,3 dəfə) 38 ədəd (+73 %), Rusiyadan 805 min ABŞ dolları dəyərində (-54 %) 44 ədəd (-30 %), Türkiyədən 481 milyon ABŞ dolları dəyərində (-78 %) 27 ədəd (+3,8 %), İspaniyadan 376,4 milyon ABŞ dolları dəyərində 8 ədəd (bir il əvvəl tədarük olmayıb) avtomobil alınıb.
Bir il 1 aylıq fasilənin ardından Azərbaycan Rumıniyadan yük avtomobili idxalını bərpa edib.