Azərbaycan Qırğızıstana pestisid ixrac etməyə başlayıb

Biznes
  • 19 aprel, 2023
  • 06:05
Azərbaycan Qırğızıstana pestisid ixrac etməyə başlayıb

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xaricdən 9,62 milyon ABŞ dolları dəyərində 1 min 175 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Azərbaycan Türkiyədən 4,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 748 ton (+33 %), Rusiyadan 1,36 milyon ABŞ dolları dəyərində (+64 %) 124 ton (+76 %), İsraildən 823 min ABŞ dolları dəyərində 31,5 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 635 min ABŞ dolları dəyərində (+75 %) 81,6 ton (+2,3 dəfə), Almaniyadan 595 min ABŞ dolları dəyərində (+6,2 dəfə) 27,64 ton (+56 %) maddə idxal edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrə 71,87 min ABŞ dolları dəyərində (+1 200 dəfə) 6,11 ton (+611 dəfə) pestisid ixrac edib.

Qırğızıstana 71,85 min ABŞ dolları dəyərində 6,1 ton və təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 0,02 min ABŞ dolları dəyərində (-67 %) 0,01 ton (dəyişməyib) məhsul satılıb.