Azərbaycan Qazaxıstandan nərə balığı alışını 4 dəfədən çox artırıb
- 24 avqust, 2022
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 681,1 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,7 %, kəmiyyət olaraq – 35 % azdır.
Hesabat dövründə Rusiyadan 486 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 45 % azalıb) 408,7 ton (-48 %), Qazaxıstandan 266 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 170 ton (+4,3 dəfə), İtaliyadan 242 min ABŞ dolları dəyərində 42,5 ton (bir il əvvəl tədarük olmayıb), Polşadan 98 min ABŞ dolları dəyərində (-33,3 %) 12,6 ton (-87,4 %), Çindən 60 min ABŞ dolları dəyərində 14 ton (tədarük olmayıb) məhsul alınıb.