Azərbaycan Qazaxıstana armud ixracını kəskin artırıb

Biznes
  • 30 may, 2023
  • 05:44
Azərbaycan Qazaxıstana armud ixracını kəskin artırıb

Bu ilin I rübündə Azərbaycan 929,2 min ABŞ dolları dəyərində 1 min ton armud idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % çoxdur, kəmiyyət olaraq – 1,3 % azdır.

Azərbaycan Belçikadan 768,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,1 % çoxdur) 830,8 ton (+8,1 %), Türkiyədən 51,6 min ABŞ dolları dəyərində (-43 %) 57,4 ton (-43,2 %), Cənubi Afrikadan 39,45 min ABŞ dolları dəyərində (+3 dəfə) 43,8 ton (+3,1 dəfə), Niderlanddan 68 min ABŞ dolları dəyərində (+89 %) 75,6 ton (+90 %) və Gürcüstandan 1 min ABŞ dolları dəyərində 1,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 382 min ABŞ dolları dəyərində (-33 %) 582 ton (-30 %) armud göndərilib.

Azərbaycan Rusiyaya 375,6 min ABŞ dolları dəyərində (-25 %) 565,7 ton (-10,4 %) və Qazaxıstana 6,3 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 16 ton (+2,4 dəfə) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (5 ölkəyə) ixrac edilən 4 min ton armudun 97,39 %-i Rusiyanın, 2,57 %-i Qazaxıstanın payına düşüb.

44 filmi