Azərbaycan Portuqaliyadan ketçup tədarükünü bərpa edib

Biznes
  • 14 iyul, 2023
  • 11:13
Azərbaycan Portuqaliyadan ketçup tədarükünü bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində 828,1 ton ketçup idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 588,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəridən 1,2 % çoxdur) 352,7 ton (-21 %), Türkiyədən 289,4 min ABŞ dolları dəyərində (+41 %) 190,2 ton (+12 %), Almaniyadan 151,3 min ABŞ dolları dəyərində (+66 dəfə) 65,3 ton (+138 dəfə), Qazaxıstandan 101,5 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 90,1 ton (+2,3 dəfə), Portuqaliyadan 55,7 min ABŞ dolları dəyərində (+3,1 %) 40,7 ton (-6 dəfə) məhsul alıb.

Azərbaycan iki ilin tamamında Portuqaliyadan ketçup tədarükünü bərpa edib.

44 filmi