Azərbaycan Özbəkistandan alma şirəsinin idxalını bərpa edib
- 17 aprel, 2023
- 06:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 544 min ABŞ dolları dəyərində 393 ton alma şirəsi ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,7 dəfə, kəmiyyət olaraq – 5,7 dəfə çoxdur.
Azərbaycan Rusiyaya 513,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,3 dəfə çoxdur) 360 ton (+15 dəfə), Malayziyaya 17,14 min ABŞ dolları dəyərində 22,7 ton (bir il əvvəl tədarük olmayıb) və Gürcüstana 13,5 min ABŞ dolları dəyərində 10 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xaricdən 32,2 min ABŞ dolları dəyərində (-8,5 %) 33,2 ton (-41,8 %) alma şirəsi gətirilib.
Rusiyadan 13,1 min ABŞ dolları dəyərində (-60 %) 14,6 ton (-73,6 %), Özbəkistandan 11,9 min ABŞ dolları dəyərində 14,8 ton, İspaniyadan 5,35 min ABŞ dolları dəyərində 2,45 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 0,74 min ABŞ dolları dəyərində 0,65 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 0,72 min ABŞ dolları dəyərində 0,25 ton (bir il əvvəl tədarük olmayıb) şirə alınıb.
İki il 4 aylıq aradan sonra Özbəkistandan tədarük bərpa edilib.