Azərbaycan Özbəkistana kərə yağı satmağa başlayıb

Biznes
  • 02 iyun, 2025
  • 10:58
Azərbaycan Özbəkistana kərə yağı satmağa başlayıb

Bu ilin I rübündə Azərbaycan 40 milyon ABŞ dolları dəyərində 5 668 ton kərə yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 5,4 % çoxdur.

Azərbaycan İrandan 13,9 milyon ABŞ dolları dəyərində 2 248 ton (bir il əvvəl tədarük olmayıb), Yeni Zelandiyadan 11 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çox) 1 496 ton (-12 %), Belarusdan 3 milyon ABŞ dolları dəyərində (+66 %) 386 ton (+25 %), Səudiyyə Ərəbistanından 2,6 milyon ABŞ dolları dəyərində 308 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynadan 2,4 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 279 ton (+74 %) kərə yağı alıb.

Hesabat dövründə Azərbaycan 12,6 milyon ABŞ dolları dəyərində (+78 %) 1 721 ton (+40 %) kərə yağı ixrac edib.

Azərbaycan Rusiyaya 11,4 milyon ABŞ dolları dəyərində (+62 %) 1 540 ton (+25 %), Türkmənistana 589 min ABŞ dolları dəyərində 99,8 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistana 531 min ABŞ dolları dəyərində 80 ton, İraqa 9,7 min ABŞ dolları dəyərində (+1,4 %) 0,93 ton (-6 %) və Gürcüstana 5,2 min ABŞ dolları dəyərində 0,66 ton (bir il əvvəl tədarük olmayıb) kərə yağı satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük həyata keçirilib.