Azərbaycan Niderlanddan şokolad alışını 175 dəfə artırıb
- 04 may, 2023
- 10:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 18,6 milyon ABŞ dolları dəyərində 4 min 854 ton şokolad gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53,3 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 7,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12,3 % çoxdur) 2 min 381 ton (-5,7 %), Türkiyədən 2,48 milyon ABŞ dolları dəyərində (+38 %) 564,8 ton (+25,3 %), Polşadan 2,23 milyon ABŞ dolları dəyərində (+21 dəfə) 333,5 ton (+18 dəfə), Ukraynadan 1,66 milyon ABŞ dolları dəyərində (-3,5 %) 522 ton (+2,4 %), Niderlanddan 1,4 milyon ABŞ dolları dəyərində (+224 dəfə) 260,31 ton (+175 dəfə) məhsul alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (44 ölkədən) idxal edilən 27 min 518 ton şokoladın 61 %-i Rusiyanın, 12 %-i Türkiyənin, 8,4 %-i Ukraynanın payına düşüb.