Azərbaycan Niderlanddan sistern alışını 27 dəfə artırıb

Biznes
  • 04 iyul, 2023
  • 10:11
Azərbaycan Niderlanddan sistern alışını 27 dəfə artırıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 16,7 milyon ABŞ dolları dəyərində 1 min 687 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu,ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 13,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 1 min 348 ədəd (+3,1 dəfə), Polşadan 1,2 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 130 ədəd (+3,5 dəfə), Niderlanddan 803,4 min ABŞ dolları dəyərində (+45 dəfə) 54 ədəd (+27 dəfə), Türkiyədən 410,2 min ABŞ dolları dəyərində (-56 %) 26 ədəd (-56,7 %), Fransadan 327 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 36 ədəd (+2,4 dəfə) məhsul alıb.

2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 3 min 357 ədəd sisternin 78 %-i Almaniyanın payına düşüb.