Azərbaycan Niderlanddan alkoqolsuz pivə alışını bərpa edib
- 22 may, 2023
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycana 160,2 min ABŞ dolları dəyərində 11,25 min dekalitr alkoqolsuz pivə idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 64 % çoxdur.
Hesabat dövründə Türkiyədən 84,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,8 dəfə çoxdur) 5,4 min dekalitr (+4 dəfə), Rusiyadan 25,2 min ABŞ dolları dəyərində (-49,8 %) 2,6 min dekalitr (-49 %), Almaniyadan 25,2 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 1,2 min dekalitr (+3,6 dəfə), Niderlanddan 22,3 min ABŞ dolları dəyərində 1,45 min dekalitr və İrandan 3 min ABŞ dolları dəyərində 0,6 min dekalitr (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.
Dörd il 5 aylıq fasilənin ardından Niderlanddan tədarük bərpa edilib.
2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilmiş 132,1 min dekalitr alkoqolsuz pivənin 42,1 %-i Rusiyanın, 31,7 %-i Türkiyənin payına düşüb.