Azərbaycan Monqolustana duz tədarük etməyə başlayıb

Biznes
  • 13 dekabr, 2024
  • 05:47
Azərbaycan Monqolustana duz tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,2 milyon ABŞ dolları dəyərində 20 min 352 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,9 dəfə çoxdur) 13 min 805 ton (+3 dəfə), Gürcüstana 953 min ABŞ dolları dəyərində (+62 %) 5 min 901 ton (+59 %), Qazaxıstana 44 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 539 ton (+5 dəfə), Ukraynaya 9,1 min ABŞ dolları dəyərində (-36 %) 97 ton (-20 %), Almaniyaya 1,7 min ABŞ dolları dəyərində (+167 dəfə) 8,8 ton (+880 dəfə) məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Monqolustana (0,2 min ABŞ dolları dəyərində 0,84 ton) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 6 ölkəyə ixrac edilmiş 10 min 793 ton duzun 56,2 %-i Gürcüstanın, 41,6 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti