Azərbaycan Moldovaya pomidor satışını bərpa edib

Biznes
  • 20 avqust, 2025
  • 13:43
Azərbaycan Moldovaya pomidor satışını bərpa edib

Bu ilin I yarısında Azərbaycan 149 milyon ABŞ dolları dəyərində 134 376 ton pomidor ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 18 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 141,85 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 % çox) 129 811 ton (+15 %), Belarusa 5 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 274 ton (+2 dəfə), Gürcüstana 963 min ABŞ dolları dəyərində (+18 dəfə) 1 429 ton (+25 dəfə), Polşaya 956 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 642 ton (+2,6 dəfə), Ukraynaya 187 min ABŞ dolları dəyərində (+4 dəfə) 167 ton (+5 dəfə) məhsul satıb.

Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Moldovaya pomidor tədarükünü (10,5 min ABŞ dolları dəyərində 17,5 ton) bərpa edib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 145,6 min ton pomidorun 97,4 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti