Azərbaycan Misirdən mandarin alışını 2 dəfədən çox artırıb
- 21 avqust, 2024
- 11:53
Bu ilin I yarısını Azərbaycan 7,8 milyon ABŞ dolları dəyərində 11 min ton mandarin idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 5,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56 % çoxdur) 7 min 854 ton (+58 %), Kiprdən 1,75 milyon ABŞ dolları dəyərində 2 min 474 ton (bir il əvvəl tədarük olmayıb), Misirdən 240,4 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 305,5 ton (+2,3 dəfə), Pakistandan 188,7 min ABŞ dolları dəyərində (-0,4 %) 235,9 ton (-0,4 %), Gürcüstandan 60,2 min ABŞ dolları dəyərində 86 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 8 min 528 ton mandarinin 93,6 %-i Türkiyənin payına düşüb.