Azərbaycan Misir və Slovakiyadan tozsoran tədarükünü bərpa edib

Biznes
  • 11 mart, 2024
  • 10:48
Azərbaycan Misir və Slovakiyadan tozsoran tədarükünü bərpa edib

Ötən il Azərbaycana 23,51 milyon ABŞ dolları dəyərində 380 min 680 ədəd tozsoran idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 12,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çoxdur) 213 min 853 ədəd (+44 %), Vyetnamdan 5,57 milyon ABŞ dolları dəyərində (+16 %) 75 min 106 ədəd (+3,8 %), Türkiyədən 1,97 milyon ABŞ dolları dəyərində (+70 %) 65 min 787 ədəd (+84 %), Polşadan 1,1 milyon ABŞ dolları dəyərində (+42 %) 7 min 684 ədəd (+37 %), Malayziyadan 812 min ABŞ dolları dəyərində (+3 dəfə) 5 min 785 ədəd (+2,3 dəfə) məhsul alıb.

Səkkiz il 5 aylıq fasilənin ardından Azərbaycan Slovakiyadan (83,3 min ABŞ dolları dəyərində 1 min 200 ədəd) və 3 il 9 aylıq aradan sonra Misirdən (71,74 min ABŞ dolları dəyərində 634 ədəd) tozsoran idxalını bərpa edib.