Azərbaycan Malayziyadan kontakt linza tədarükünü bərpa edib

Biznes
  • 17 iyun, 2024
  • 06:16
Azərbaycan Malayziyadan kontakt linza tədarükünü bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 96 min ABŞ dolları dəyərində 36 min 764 ədəd kontakt linza idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 51 % azdır.

Hesabat dövründə Azərbaycan Koreya Respublikasından 54,32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 21 min 428 ədəd (-26 %), Türkiyədən 18,92 min ABŞ dolları dəyərində (+90 %) 1 min 332 ədəd (+2,5 %), Çindən 15,72 min ABŞ dolları dəyərində (-86 %) 13 min 506 ədəd (-70 %), Malayziyadan 3,85 min ABŞ dolları dəyərində 346 ədəd, Amerika Birləşmiş Ştatlarından 1,59 min ABŞ dolları dəyərində (+45 %) 87 ədəd (+74 %) məhsul alıb.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Malayziyadan kontakt linza tədarükünü bərpa edib.