Azərbaycan Macarıstandan qəhvə alışını bərpa edib
- 15 yanvar, 2025
- 12:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində 503 ton qəhvə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 27 % çoxdur.
Hesabat dövründə Azərbaycan İtaliyadan 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 107 ton (+27 %), Braziliyadan 801 min ABŞ dolları dəyərində (+29 %) 127 ton (+6 %), Türkiyədən 694 min ABŞ dolları dəyərində (+16 %) 65,5 ton (+0,2 %), Böyük Britaniyadan 260 min ABŞ dolları dəyərində (+5 dəfə) 15,82 ton (+5 dəfə), Niderlanddan 244 min ABŞ dolları dəyərində (-1 %) 19 ton (-5 %) məhsul alıb.
Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Macarıstandan (7,2 min ABŞ dolları dəyərində 0,85 ton) qəhvə tədarükünü bərpa edib.