Azərbaycan Koreyadan kassa aparatlarının tədarükünü bərpa edib
- 10 fevral, 2022
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2021-ci ilin 11 ayı ərzində xaricdən 9 milyon 165,22 min ABŞ dolları dəyərində 38 min 613 ədəd kassa aparatı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 18,66 %, kəmiyyət olaraq – 21,15 % artıb.
Hesabat dövründə Çindən 5 milyon 316,26 min ABŞ dolları dəyərində 36 min 051 ədəd, Rusiyadan 3 milyon 633,97 min ABŞ dolları dəyərində 1 min 840 ədəd, Vyetnamdan 124,02 min ABŞ dolları dəyərində 560 ədəd, Macarıstandan 61,98 min ABŞ dolları dəyərində 76 ədəd, Tayvandan 14,23 min ABŞ dolları dəyərində 12 ədəd cihaz gətirilib.
2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Çindən tədarük müvafiq olaraq 42,56 % və 29,54 % artıb, Rusiyadan – 35,24 % və 32,18 % artıb, Vyetnamdan – 6 dəfə və 9,3 dəfə artıb, Macarıstandan – 83,87 % və 83,86 % azalıb, Tayvandan – 47,34 % və 69,23 % azalıb.
İki il 1 aylıq fasilədən sonra Koreyadan tədarük bərpa edilib. Bu ölkədən 0,15 min ABŞ dolları dəyərində 1 ədəd kassa aparatı alınıb.