Azərbaycan İtaliyadan mineral su alışını 12 dəfə artırıb

Biznes
  • 11 may, 2023
  • 08:31
Azərbaycan İtaliyadan mineral su alışını 12 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 370 min ABŞ dolları dəyərində 44,2 min dekalitr mineral su gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21,6 %, kəmiyyət olaraq – 54,7 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 175 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67,3 % çoxdur) 18 min dekalitr (+38,5 %), Gürcüstandan 55,11 min ABŞ dolları dəyərində (-33 %) 9,62 min dekalitr (-78,1 %), Rusiyadan 46,51 min ABŞ dolları dəyərində (-71,7 %) 8,2 min dekalitr (-77,7 %), Fransadan 30,94 min ABŞ dolları dəyərində (+37,8 %) 3,11 min dekalitr (+23,4 %), İtaliyadan 30,5 min ABŞ dolları dəyərində (+26 dəfə) 1,4 min dekalitr (+12,2 dəfə) məhsul alıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 881 min dekalitr mineral suyun 43,7 %-i Gürcüstanın, 38,4 %-i Rusiyanın payına düşüb.