Azərbaycan İsveçrədən tozsoran tədarükünü bərpa edib

Biznes
  • 10 may, 2023
  • 11:44
Azərbaycan İsveçrədən tozsoran tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 3 milyon ABŞ dolları dəyərində 57 min 592 ədəd tozsoran idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,23 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % azdır) 28 min 207 ədəd (-21 %), Vyetnamdan 894 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 11 min 718 ədəd (+74 %), Türkiyədən 335 min ABŞ dolları dəyərində (+62 %) 13 min 558 ədəd (+2,6 dəfə), Malayziyadan 216,82 min ABŞ dolları dəyərində (+434 dəfə) 1 459 ədəd (+365 dəfə), Polşadan 196,1 min ABŞ dolları dəyərində (-20 %) 1 min 389 ədəd (-19 %) məhsul alıb.

İki il 4 aylıq fasilənin ardından Azərbaycan İsveçrədən (8,9 min ABŞ dolları dəyərində 160 ədəd) tozsoran alışını bərpa edib.