Azərbaycan İsveçrədən alüminium məftil tədarükünü bərpa edib
- 13 aprel, 2023
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin ilk ayında Azərbaycana xarici ölkələrdən 273,81 min ABŞ dolları dəyərində 98,3 ton alüminium məftil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 96 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 152,26 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 50,92 ton (+8,8 dəfə), İrandan 122,22 min ABŞ dolları dəyərində (-3 %) 46,62 ton (+9,3 %), Almaniyadan 3,21 min ABŞ dolları dəyərində (-64 %) 0,72 ton (-29 %) və İsveçrədən 0,12 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Üç ilin tamamında Azərbaycan İsveçrədən alüminium məftil tədarükünü bərpa edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilən 3 min 218 ton alüminium məftilin 60 %-i Rusiyanın, 30 %-i İranın payına düşüb.