Azərbaycan İsveçdən avtobus tədarükünü bərpa edib
- 08 avqust, 2023
- 06:36
Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 4,12 milyon ABŞ dolları dəyərində 61 ədəd avtobus idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 90,6 %, kəmiyyət olaraq – 79 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,29 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 96,8 % azdır) 15 ədəd (-93,2 %), Çindən 1 milyon ABŞ dolları dəyərində (+41 %) 7 ədəd (dəyişməyib), Almaniyadan 808,11 min ABŞ dolları dəyərində (+12 %) 25 ədəd (+8,7 %), Cənubi Koreyadan 630 min ABŞ dolları dəyərində (-69 %) 12 ədəd (-73 %), İsveçdən 313 min ABŞ dolları dəyərində 1 ədəd avtobus alıb.
Dörd il 8 aylıq fasilənin ardından Azərbaycan İsveçdən avtobus tədarükünü bərpa edib.