Azərbaycan İspaniyadan gil tədarükünü bərpa edib

Biznes
  • 20 aprel, 2023
  • 12:11
Azərbaycan İspaniyadan gil tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 2 milyon ABŞ dolları dəyərində 25 min 42 ton gil (bentonit) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,8 %, kəmiyyət olaraq – 26,8 % azdır.

Azərbaycan Rusiyaya 1,723 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 23 min 199 ton (-28 %), Yaponiyaya 178,1 min ABŞ dolları dəyərində 672 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 87,67 min ABŞ dolları dəyərində (-40 %) 612 ton (-26 %) və Polşaya 25,5 min ABŞ dolları dəyərində (-72 %) 560 ton (-7 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 207 min ABŞ dolları dəyərində (+3 %) 476 ton (-42 %) gil (bentonit, odadavamlı, digər) idxal edilib.

Azərbaycana Türkiyədən 111,13 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 351 ton (+18 %), Amerika Birləşmiş Ştatlarından 80 min ABŞ dolları dəyərində 79,76 ton (bir il əvvəl tədarük olmayıb), Braziliyadan 5,3 min ABŞ dolları dəyərində (-77 %) 2,3 ton (-82 %), İrandan 3,96 min ABŞ dolları dəyərində (+22,2 %) 34,5 ton (+70 %), İspaniyadan 3,31 min ABŞ dolları dəyərində 5 ton məhsul gətirilib.

Bir il 8 aylıq fasilənin ardından Azərbaycan İspaniyadan gil idxalını bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti