Azərbaycan İrandan krevet alışını bərpa edib

Biznes
  • 01 sentyabr, 2022
  • 06:02
Azərbaycan İrandan krevet alışını bərpa edib

Bu ilin I yarısında Azərbaycana xaricdən 1,4 milyon ABŞ dolları dəyərində 192,15 ton krevet gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Çindən 716 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 9,2 dəfə artıb) 105,8 ton (+8,8 dəfə), Hindistandan 327 min ABŞ dolları dəyərində (+9,8 %) 42,5 ton (-1,7 %), Rusiyadan 92 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 12,9 ton (+3 dəfə), İrandan 62 min ABŞ dolları dəyərində 10,8 ton, Lüksemburqdan 51 min ABŞ dolları dəyərində (+60 %) 2,85 ton (+56,6 %) məhsul alınıb.

Bir il 9 aylıq aradan sonra İrandan tədarük bərpa edilib.