Azərbaycan İndoneziyadan alabalıq tədarük etməyə başlayıb

Biznes
  • 02 may, 2023
  • 06:13
Azərbaycan İndoneziyadan alabalıq tədarük etməyə başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 866,5 min ABŞ dolları dəyərində 194,7 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 54 % çoxdur.

Hesabat dövründə İrandan 830 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,2 dəfə artıb) 193 ton (+54,4 %), Belarusdan 20,83 min ABŞ dolları dəyərində (+49 %) 1,17 ton (+23,2 %), Ukraynadan 15,19 min ABŞ dolları dəyərində 0,66 ton (bir il əvvəl tədarük olmayıb), Norveçdən 0,34 min ABŞ dolları dəyərində 0,02 ton (1 il 9 aydan sonra bərpa edilib), İndoneziyadan 0,13 min ABŞ dolları dəyərində 0,01 ton məhsul gətirilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İndoneziyadan tədarük həyata keçirilib.

44 filmi