Azərbaycan iki ölkədən tərəvəz toxumu tədarükünü bərpa edib

Biznes
  • 20 iyun, 2024
  • 08:04
Azərbaycan iki ölkədən tərəvəz toxumu tədarükünü bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,65 milyon ABŞ dolları dəyərində 37,9 ton tərəvəz toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 % azdır, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 634 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 8,7 ton (+16 %), Tailanddan 410 min ABŞ dolları dəyərində (-5 %) 0,04 ton (-33 %), Braziliyadan 396 min ABŞ dolları dəyərində (-56 %) 0,01 ton (-95 %), Hindistandan 361 min ABŞ dolları dəyərində (-40 %) 0,09 ton (-25 %), Tanzaniyadan 259 min ABŞ dolları dəyərində (-40 %) 0,19 ton (-41 %) məhsul alıb.

Azərbaycan 3 il 2 aylıq aradan sonra Myanmadan (0,7 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 2 aylıq fasilənin ardından Serbiyadan (7,3 min ABŞ dolları dəyərində 0,4 ton) tərəvəz toxumu tədarükünü bərpa edib.

44 filmi