Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa edib
- 05 iyul, 2023
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 94,9 milyon ABŞ dolları dəyərində 341 min 200 ədəd smartfon gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10,5 % çoxdur, kəmiyyət olaraq – 20,8 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 61,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 224 min 714 ədəd (-12 %), Vyetnamdan 24,6 milyon ABŞ dolları dəyərində (+1,7 %) 89 min 424 ədəd (-28,6 %), Hindistandan 8,8 milyon ABŞ dolları dəyərində (-18,6 %) 26 min 658 ədəd (-46 %), Çexiyadan 113,5 min ABŞ dolları dəyərində 122 ədəd, Amerika Birləşmiş Ştatlarından 68,9 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 81 ədəd (+5,8 dəfə) cihaz alıb.
İki il 3 aylıq fasilənin ardından Azərbaycan İndoneziyadan (21,3 min ABŞ dolları dəyərində 150 ədəd) və 1 il 11 aylıq aradan sonra Çexiyadan smartfon tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 1 milyon 144 min ədəd smartfonun 59,3 %-i Çinin payına düşüb.