Azərbaycan iki ölkədən mobil telefon tədarükünü bərpa edib
- 09 fevral, 2022
- 10:56
2021-ci ilin 11 ayı ərzində Azərbaycana xaricdən 209 milyon 238,35 min ABŞ dolları dəyərində 1 milyon 428 min 896 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 11,77 % artıb, kəmiyyət olaraq – 1,11 % azalıb.
Çindən 111 milyon 317,31 min ABŞ dolları dəyərində 810 min 631 ədəd, Vyetnamdan 77 milyon 005,9 min ABŞ dolları dəyərində 500 min 367 ədəd, Hindistandan 20 milyon 390,15 min ABŞ dolları dəyərində 115 min 492 ədəd, Fransadan 203 min ABŞ dolları dəyərində 2 min ədəd, Amerika Birləşmiş Ştatlarından 89,02 min ABŞ dolları dəyərində 95 ədəd, Malayziyadan 53,28 min ABŞ dolları dəyərində 132 ədəd cihaz alınıb.
2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Çindən idxal 9,54 % və 22,22 % azalıb, Vyetnamdan – 54,52 % və 59,34 % artıb, Hindistandan – 47,96 % və 32,77 % artıb, Amerika Birləşmiş Ştatlarından – 2,3 dəfə və 2,1 dəfə artıb.
Üç il 3 aylıq aradan sonra Azərbaycan Fransadan, 1 il 1 aylıq fasilənin ardından Malayziyadan tədarükü bərpa edib.
Hesabat dövründə Azərbaycandan xaricə 218,91 min ABŞ dolları dəyərində 1 min 723 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları göndərilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,1 dəfə , kəmiyyət olaraq – 11 dəfə çoxdur.
Ukraynaya 166,57 min ABŞ dolları dəyərində 1 min 355 ədəd, Çexiyaya 51,39 min ABŞ dolları dəyərində 359 ədəd, İspaniyaya 0,1 min ABŞ dolları dəyərində 1 ədəd, Gürcüstana 0,82 min ABŞ dolları dəyərində 6 ədəd, Böyük Britaniyaya 0,02 min ABŞ dolları dəyərində 2 ədəd cihaz tədarük edilib.