Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 4 %-dən çox azaldıb

Biznes
  • 19 dekabr, 2024
  • 12:45
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 4 %-dən çox azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 126,175 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,9 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 2 milyard 588,659 milyon ABŞ dolları dəyərində yerli istehsal malları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,1 % çoxdur.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (510,738 milyon ABŞ dolları; 3,2 % çox), Türkiyə (385,562 milyon ABŞ dolları; 20,5 % çox), Çin (253,795 milyon ABŞ dolları; 3,1 % çox), Ermənistan (144,861 milyon ABŞ dolları; 8,6 % çox) və ABŞ (127,27 milyon ABŞ dolları; 78,3 % çox) olub.

44 filmi