Azərbaycan Gürcüstandan pivə alışını kəskin artırıb
- 17 iyul, 2023
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 1,717 milyon ABŞ dolları dəyərində 119 min dekalitr səməni pivəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 503 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 88,4 % çoxdur) 33,33 min dekalitr (+66,7 %), Almaniyadan 244 min ABŞ dolları dəyərində (-2 %) 13,4 min dekalitr (-11,3 %), Meksikadan 227 min ABŞ dolları dəyərində (+38 %) 10,8 min dekalitr (+5 %), Qazaxıstandan 200 min ABŞ dolları dəyərində (+18 %) 17,3 min dekalitr (+12 %), Gürcüstandan 161,3 min ABŞ dolları dəyərində (+32 dəfə) 12,3 min dekalitr (+22 dəfə) pivə alıb.
2022-ci ildə Azərbaycana (17 ölkədən) idxal edilən 358 min dekalitr pivənin 23 %-i Rusiyanın, 22 %-i Qazaxıstanın, 18,2 %-i Türkiyənin payına düşüb.