Azərbaycan Gürcüstan məhsullarının idxalına çəkdiyi xərci 25% artırıb

Azərbaycan Gürcüstan məhsullarının idxalına çəkdiyi xərci 25% artırıb Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 32,9 milyon ABŞ dolları olan yerli istehsal məhsulu idxal edib.
Biznes
21 İyun , 2021 11:28
Azərbaycan Gürcüstan məhsullarının idxalına çəkdiyi xərci 25% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 32,9 milyon ABŞ dolları olan yerli istehsal məhsulu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu məbləğdə 24,6 % artım qeydə alınıb. Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 2,9 % payla qonşu ölkədən ən çox yerli mal tədarük edən 10 ölkə arasında VIII yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstanın xaricə yerli məhsul ixracının dəyəri illik müqayisədə 24,4 % artaraq 1 538,2 min ABŞ dolları təşkil edib. Qonşu ölkənin əsas ixrac məhsulları arasında ilk onluğa mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr, spirtli içkilər, fındıq, trikotaj köynəklər, qızıl və tərkibində şəkər olan sular, mineral və qazlı sular daxil olub.

Son xəbərlər

Orphus sistemi