“Azərbaycan” gəmi-bərəsi ilə indiyədək 10 mindən çox TIR daşınıb

“Azərbaycan” gəmi-bərəsi ilə indiyədək 10 mindən çox TIR daşınıb İndiyədək “Azərbaycan” gəmi-bərəsi ilə ümumilikdə 322 reys həyata keçirilib və 1 073 vaqon, 2 596 ədəd minik avtomobili, 10 178 ədəd yük avtomobili/TIR, 11 159 nəfər sərnişin daşınıb.
Biznes
1 Mart , 2023 11:30
“Azərbaycan” gəmi-bərəsi ilə indiyədək 10 mindən çox TIR daşınıb

İndiyədək “Azərbaycan” gəmi-bərəsi ilə ümumilikdə 322 reys həyata keçirilib və 1 073 vaqon, 2 596 ədəd minik avtomobili, 10 178 ədəd yük avtomobili/TIR, 11 159 nəfər sərnişin daşınıb.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

Qeyd edək ki, ASCO-nun sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də (Baku Shipyard LLC) inşa olunan ilk milli "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən 2 il ötür. Gəminin istismara verilməsi mərasimi 1 mart 2021-ci il Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

"Azərbaycan" gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi