Azərbaycan Estoniyaya şəkər tədarükünü bərpa edib

Biznes
  • 12 fevral, 2025
  • 12:46
Azərbaycan Estoniyaya şəkər tədarükünü bərpa edib

2024-cü ilin yanvar-noyabr aylarında 37,5 milyon ABŞ dolları dəyərində 49 342 ton şəkər ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 62 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkmənistana 20,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 29 056 ton (+47 %), Özbəkistana 13,3 milyon ABŞ dolları dəyərində 15 899 ton (bir il əvvəl tədarük olmayıb), Tacikistana 2,6 milyon ABŞ dolları dəyərində (+35 %) 3 008 ton (+42 %), Rusiyaya 975 min ABŞ dolları dəyərində (+6 %) 951 ton (+21 %), Gürcüstana 293 min ABŞ dolları dəyərində (-89 %) 320 ton (-91 %) məhsul satıb.

Azərbaycan 3 il 10 aylıq aradan sonra Estoniyaya tədarükü (0,2 min ABŞ dolları dəyərində 0,15 ton) bərpa edib.

2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 31 min 777 min ton şəkərin 66 %-i Türkmənistanın payına düşüb.