Azərbaycan əsas tədarük bazarından yük avtomobilləri alışını kəskin artırıb

Biznes
  • 12 iyul, 2023
  • 10:08
Azərbaycan əsas tədarük bazarından yük avtomobilləri alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 30,38 milyon ABŞ dolları dəyərində 2 min 61 ədəd yük avtomobili gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % azdır, kəmiyyət olaraq – 43 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 13,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 41 % çoxdur) 1 min 571 ədəd (+72 %), Çindən 7,2 milyon ABŞ dolları dəyərində (-35 %) 151 ədəd (-30 %), İtaliyadan 2,3 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 51 ədəd (+38 %), Yaponiyadan 1,7 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 73 ədəd (+4,6 dəfə), Belçikadan 1,2 milyon ABŞ dolları dəyərində 28 ədəd (bir il əvvəl tədarük olmayıb) yük avtomobili alıb.

2022-ci ildə Azərbaycana (19 ölkədən) idxal edilmiş 5 min 127 ədəd yük avtomobilin 66,4 %-i Almaniyanın payına düşüb.

44 filmi