Azərbaycan əsas tədarük bazarından sistern idxalını kəskin artırıb
- 10 aprel, 2023
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycana 4,65 milyon ABŞ dolları dəyərində 446 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,5 dəfə, kəmiyyət olaraq – 3,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,1 dəfə çoxdur) 357 ədəd (+3,8 dəfə), Polşadan 384 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 39 ədəd (+3 dəfə), Niderlanddan 148 min ABŞ dolları dəyərində (+17,4 dəfə) 10 ədəd (+10 dəfə), Fransadan 100,3 min ABŞ dolları dəyərində (+63 %) 9 ədəd (+50 %), Türkiyədən 92,4 min ABŞ dolları dəyərində (+22,5 %) 7 ədəd (-36 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilən 3 min 357 ədəd sisternin 78 %-i Almaniyanın payına düşüb.