Azərbaycan əsas tədarük bazarından lift idxalını kəskin artırıb

Biznes
  • 25 iyun, 2024
  • 14:00
Azərbaycan əsas tədarük bazarından lift idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 8,8 milyon ABŞ dolları dəyərində 801 ədəd lift və skipli yük qaldırıcı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 5,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çoxdur) 623 ədəd (+3 dəfə), Yaponiyadan 2 milyon ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 759 min ABŞ dolları dəyərində (+41 %) 131 ədəd (+2 dəfə), Tailanddan 69,4 min ABŞ dolları dəyərində (-83 %) 2 ədəd (-82 %), İtaliyadan 46 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2023-cü ildə Azərbaycana 17 ölkədən idxal edilmiş 1 min 342 ədəd liftin 73,7 %-i Çinin payına düşüb.