Azərbaycan əsas tədarük bazarından kokos alışını kəskin artırıb

Biznes
  • 24 aprel, 2023
  • 09:27
Azərbaycan əsas tədarük bazarından kokos alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 205,1 min ABŞ dolları dəyərində 94,6 ton hind qozu (kokos) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % azdır, kəmiyyət olaraq – 9,1 % çoxdur.

Hesabat dövründə İndoneziyadan 168,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 78 ton (+70 %), Kot-divuardan 23,9 min ABŞ dolları dəyərində (+60 %) 11,93 ton (+58 %), İrandan 7 min ABŞ dolları dəyərində 3,5 ton (bir il əvvəl tədarük olmayıb), Tailanddan 5,23 min ABŞ dolları dəyərində (+85 %) 1,1 ton (+96 %), Vyetnamdan 0,45 min ABŞ dolları dəyərində (-99,4 %) 0,09 ton (-99,7 %) məhsul alınıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilən 1,347 milyon ABŞ dolları dəyərində kokosun 39 %-i İndoneziyanın, 32,2 %-i Vyetnamın payına düşüb.

44 filmi