Azərbaycan əsas tədarük bazarından avtomobil şinləri idxalını 32 % artırıb

Biznes
  • 15 fevral, 2023
  • 06:46
Azərbaycan əsas tədarük bazarından avtomobil şinləri idxalını 32 % artırıb

Azərbaycan 2022-ci ilin yanvar-noyabr aylarında 76 milyon ABŞ dolları dəyərində 1,564 milyon ədəd rezin şin (minik və yük avtomobilləri üçün, təzə) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 952 min 139 ədəd (+32 %), Türkiyədən 12,61 milyon ABŞ dolları dəyərində (+12,8 %) 244 min 688 ədəd (-6 %), Rusiyadan 5,15 milyon ABŞ dolları dəyərində (-24 %) 106 min 605 ədəd (-41 %), Koreyadan 3,641 milyon ABŞ dolları dəyərində (+17 %) 91 min 100 ədəd (+7,1 %), Yaponiyadan 1,866 milyon ABŞ dolları dəyərində (-7 %) 17 min ədəd (-21 %) məhsul alıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (40 ölkədən) aldığı 1,621 milyon ədəd rezin şinin 52 %-i Çinin payına düşüb.

44 filmi