Azərbaycan əsas ixrac bazarına şərab satışını kəskin artırıb

Biznes
  • 07 aprel, 2023
  • 08:15
Azərbaycan əsas ixrac bazarına şərab satışını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan xaricə 463,6 min ABŞ dolları dəyərində 24,2 min dekalitr üzüm şərabı satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.

Azərbaycan Rusiyaya 423 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 23 min dekalitr (+3 dəfə), Latviyaya 22,4 min ABŞ dolları dəyərində (+9,2 %) 1,1 min dekalitr (+2,8 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 16,9 min ABŞ dolları dəyərində (+75 %) 0,2 min dekalitr (+2,1 dəfə), İsveçrəyə 0,9 min ABŞ dolları dəyərində (+5 dəfə) 0,01 min dekalitr (dəyişməyib), Almaniyaya 0,7 min ABŞ dolları dəyərində 0,02 min dekalitr (bir il əvvəl tədarük olmayıb) məhsul göndərib.

2022-ci ildə Azərbaycandan (24 ölkəyə) ixrac edilən 300 min dekalitr şərabın 90,3 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti