Azərbaycan əsas satış bazarına propilen ixracını kəskin artırıb
- 17 iyul, 2023
- 10:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 35,1 milyon ABŞ dolları dəyərində 26 min 930 ton propilen ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 34,251 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 26 min 268 ton (+5 dəfə), Belarusa 407,89 min ABŞ dolları dəyərində (+0,1 %) 297,5 ton (+27 %), Özbəkistana 317,11 min ABŞ dolları dəyərində (+11 dəfə) 205,5 ton (+13 dəfə) və Türkiyəyə 82,65 min ABŞ dolları dəyərində (-96,3 %) 113,75 ton (-93 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilən 34,9 min ton propilenin 90,5 %-i Rusiyanın payına düşüb.