Azərbaycan əsas idxal bazarlarının birindən ananas alışını kəskin artırıb
- 02 may, 2023
- 06:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 275 min ABŞ dolları dəyərində 245,1 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 % çoxdur, kəmiyyət olaraq – 0,1 % azdır.
Hesabat dövründə Kosta-Rikadan 204 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 % azdır) 226,7 ton (-6,6 %), Tailanddan 64,5 min ABŞ dolları dəyərində (+6,8 dəfə) 17,1 ton (+8,6 dəfə), Çindən 4,8 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb), Mavrikiyadan 1,1 min ABŞ dolları dəyərində (-1,8 %) 0,2 ton (dəyişməyib), Mavritaniyadan 0,5 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 2,1 milyon ABŞ dollarlıq ananasın 79,6 %-i Kosta-Rikanın, 11,3 %-i Tailandın payına düşüb.