Azərbaycan Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb
Azərbaycan Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıbAzərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb.
Azərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində keçirilən "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru" sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair fikirlərimizi bölüşdük, həmçinin COP29-un əsas mövzusu olan qalıq yanacaqlardan asılılığı azaltmaq və "yaşıl enerji"ni təşviq etmək üçün maliyyə mexanizmləri üzrə ölkəmizin yanaşmasını müzakirə etdik. COP29-da "yaşıl" gündəliyə və qlobal iqlim fəaliyyətinə sadiqliyimizi bir daha vurğuladıq", - deyə nazir qeyd edib.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində keçirilən "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru" sessiyasında #COP29-un (@COP29_AZ) ev sahibi kimi #Azərbaycan-ın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və #iqlim dəyişikliyinin təsirinin… pic.twitter.com/m5Uyzftd2l