Azərbaycan Danimarkadan zərgərlik məmulatlarının idxalını bərpa edib
- 04 dekabr, 2024
- 08:53
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 31,2 milyon ABŞ dolları dəyərində 2 min 669 kiloqram zərgərlik məmulatları (gümüş və digər qiymətli metallardan) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % azdır, kəmiyyət olaraq – 12,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan İtaliyadan 16 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 9 % çoxdur) 55,4 kiloqram (-17 %), İsveçrədən 3,4 milyon ABŞ dolları dəyərində (-5 %) 17,3 kiloqram (+1,8 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2 milyon ABŞ dolları dəyərində (+15,3 %) 15 kiloqram (+25 %), Türkiyədən 1,63 milyon ABŞ dolları dəyərində (-42 %) 1 min 240 kiloqram (+2,4 %), Hindistandan 1,6 milyon ABŞ dolları dəyərində (+20 %) 21 kiloqram (+3 dəfə) məmulat alıb.
Azərbaycan 11 il 2 aylıq aradan sonra Danimarkadan (8,2 min ABŞ dolları dəyərində 2,5 kiloqram) tədarükü bərpa edib.